Bakıda məşhur şirkətlər cərimələndi
Bakıda məşhur şirkətlərə vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətlər "Unıtı Company" MMC, "Bon Appetıt" MMC, "Aqrovest" MMC, "Palma İnşaat" MMC, “Mazarina Trade Company" MMC-dir.
Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Sözügedən 5 şirkətin işinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində ayrı-ayrılıqda baxılacaq.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay