Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib
Azərbaycan BMT Baş Assambleyası tərəfindən qurumun İqtisadi və Sosial Şurasına üzv seçilib.
AZƏRTAC-ın məlumatına görə, keçirilən rəqabətli səsvermədə Azərbaycan 148 səslə üzvlük haqqını qazanıb və 2025-2027-ci illər üzrə 3-ü dəfə şuranın üzvü olacaq.
İlk dəfə 2003-2005-ci illərdə, ikinci dəfə 2017-2019-cu illərdə İqtisadi və Sosial Şuranın üzvü olub. Azərbaycanla yanaşı, daha 20 ölkə Şuraya üzv seçilib.
İqtisadi və Sosial Şura BMT-nin 6 əsas orqanından biridir. Şura 1945-ci il iyunun 26-da qurulub və BMT Nizamnaməsinə əsasən qurumun 15 ixtisaslaşmış təşkilatının, 9 funksional və 5 regional komissiyalarının iqtisadi və sosial sahədə fəaliyyətlərini əlaqələndirir.
Azərbaycanın bu gün rəsmən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP) sədr vəzifəsinin icrasına başlanması ilə yanaşı, BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təzahürüdür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay