Bu məhsullar bahalaşdı - YENİ RƏQƏMLƏR
Dünyada qida məhsullarında uzun müddət ucuzlaşma baş versə də son aylarda yenidən bahalaşma əlamətləri görünür.
Sfera.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) növbəti ay üçün dünya ərzaq qiymətlərinə dair açıqladığı indeksdəki dəyişiklikdən görmək olar. May ayına aid olan göstəriciyə əsasən, qlobal ərzaq qiymətlərində artım baş verib.
Bununla da ardıcıl olaraq üç ay qlobal səviyyədə ərzaq qiymətlərində artım qeydə alınıb.
May ayında şəkər və bitki yağlarının ucuzlaşması müşahidə edilib. Amma buna baxmayaraq taxıl və süd məhsullarının qiymətlərinin artması nəticəsində dünya ərzaq məhsullarının qiymət səviyyəsi yüksəlib.
FAO-nun açıqladığı rəqəmlərə əsasən, mayda ərzaq qiymətlərinin səviyyəsi 0,9 faiz artaraq 120,4-ə çatıb. Ardıcıl üç ay ərzaq qiymətləri artsa da illik müqayisədə qiymət səviyyəsində azalma davam edib.
Rəqəmlərdən görünür ki, ötən ilin may ayı ilə müqayisədə bu ilin mayında ərzaq məhsulları 3,4 faiz azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay