"Rapid Soluşns" gömrük qaydalarını pozub? - Məhkəmə iddiası
"Rapid Soluşns" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay