Bill Qeyts özü haqqında kitab yazır
Bill Qeyts özü haqqında kitab yazmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Məlumata görə, “Microsoft”un həmtəsisçisi artıq biznes, texnologiya, iqlim dəyişikliyi və qlobal sağlamlıq kimi mövzularda bir neçə kitab yazıb. Ancaq Qeytsin öz bloqunda elan etdiyi “İlk kod” (“Source code”) adlı yeni xatirə kitabı onun həyat və fəaliyyətinin ilk illərindən bəhs edən birinci kitab olacaq.
Kitab Qeytsin uşaqlıq illərindən kolleci atdığı və “Microsoft”u qurduğu illərə qədər bütün dövrü əhatə edəcək.
Milyarderin sözlərinə görə, iyirmi yaşından ictimaiyyətin diqqət mərkəzində olmasına baxmayaraq, əksər insanlar onun ilk illəri haqqında çox az şey bilirlər.
Bu baxımdan yeni kitab Qeytsin həyatında hər şeyin əsasını qoyan əlaqələri, dərsləri və təcrübələrindən bəhs edəcək.
68 yaşlı Qeyts həyatının birinci mərhələsinə işıq tutacağı üçün xatirə kitabını özünün “başlanğıc tarixi” adlandırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay