Xəbər
03.06.2024 / 19:34
Bakıda fəaliyyət göstərən məşhur restoran cərimələndi
49393
Bakıda fəaliyyət göstərən məşhur "Etçi Umut Bakı" restoranı cərimələnib.
Valyuta.az-ın məlumatına görə, "Etçi Umut Bakı" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 445.1-ci (Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.
İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.
Qeyd edək ki, sözügedən maddə ilə restoran 800 manatdan 1000 manatadək cərimələnə bilər.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay