BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
49342

Bakıda 9 milyon manat mənimsəmədə ittiham olunan “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Valyuta.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 3-nə təyin edilib.

Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq. Üzeyir Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Üzeyir Həsənov Müdafiə Nazirliyi və Tarix Muzeyində mənimsəmələrə görə ittiham edilərək 11 il müddətinə azadlıqdan məhrum olunub. O, Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon manatdan artıq vəsaiti mənimsəməkdə suçlu bilinib. Üzeyir Həsənova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib. Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməklə, qiymətləri sənədlərdə şişirtməklə 7 milyon 353 milyon manat büdcə vəsaitini mənimsəyib.

Muzey məsələsinə gəlincə, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. Bu epizod üzrə 1 milyon 800 min manatlıq yeyinti müəyyən olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə araşdırmalar aparılarkən şirkət rəhbəri demişdi ki, ittiham üzrə özünü təqsirli bilmir. Onun özü də, vəkilləri də deyirdi ki, hərtərəfli araşdırma aparılmadan, mötəbər sübutlar olmadan həbs edilib.

“Mən niyə həbs olunmuşam, bilmirəm. Maliyyə Nazirliyinin bir sənədi ilə tutublar. İstintaqda vəkillərim vəsatət verdi ki, şahidlər dindirilsin, təmin olunmadı. Mən özümü təqsirli bilmirəm. Amma çatışmayan nəsə varsa, ödəyərəm. Əmlakım varsa, həbs qoyulubsa, daha mən niyə həbs olunuram...”, - təqsirləndirilən şirkət rəhbəri birinci instansiyadakı məhkəməsində belə demişdi.

Vəkillər də narazılıq etmişdi ki, Maliyyə Nazirliyinin əməkdaşları yoxlama aparıb, bir akt tərtib edib, onun əsasında ekspertiza rəy verib və Üzeyir Həsənov həbs olunub. Müdafiəçilərin sözlərinə görə, Üzeyir Həsənov özünü təqsirli bilmir, mənimsəmə ittihamı ilə razılaşmır. Bununla belə, ödəniş etməyə razıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin