Xəbər
01.06.2024 / 13:04
Naxçıvanda yüksək vəzifəyə təyinat
49284
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
"Report" xəbər verir ki, bununla bağlı muxtar respublikanın Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncamla Malik Qadir oğlu Rzayev Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
Digər sərəncamla isə Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Malik Rzayevə həvalə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay