Mərkəzi Bank daha bir şirkətə protokol yazdı
Mərkəzi Bank "TACNAZ GLOBAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazıb.
Valyuta.az-ın məlumatına görə, barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub və iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Orxan Məmmədlinin icraatındadır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay