“İnterkomp Autsorsinq Azərbaycan” idarəçilik qaydalarını pozdu - 15 min manatadək cərimə
“İnterkomp Autsorsinq Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə idarəçilik qaydaları əleyhinə olan (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə görə bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakim Rauf Daşdəmirovun icraatındadır.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay