Xəbər
31.05.2024 / 17:07
Tanınmış iş adamı məhkəməyə verildi – Əmək haqqı tələb olunur
49254
Tanınmış iş adamı İsrail Əhmədov məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı Əliyev İkram Zülfü oğludur.
İşin mahiyyəti əmək mübahisələri ilə bağlıdır.
İkram Əliyev İsrail Əhmədovun sahibi olduğu “İsrail Ahmadov İnvestment” MMC-də işləyib.
İddialara görə işdən çıxarılıb. İkram Əliyev İsrail Əhmədovla yanaşı adıçəkilən şirkəti də məhkəməyə verib. Onun iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır.
İş hazırda Ali Məhkəmədədir. Kasasiya şikayətinin İkram Əliyev tərəfindən verildiyi bildirilir. Şikayətə hakim Zəki Babayevin sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, iş adamı israil Əhmədovun adı bir neçə qalmaqallı məsələdə hallanıb.
Davud
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay