ABB ilə keçmiş işçisi arasında qalmaqal davam edir – 17 il bankda işləyən Vasif Bağırov niyə işdən çıxarılıb?
“Şöhrət” ordeni ilə təltif olunmuş, Prezident təqaüdçüsü, əməkdar müəllim Sona Tağıyevanın oğlu Vasif Bağırovla Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında məhkəmə çəkişməsi davam edir.
Valyuta.az xəbər verir ki, Vasif Bağırov bu dəfə bankın Həmkarlar İttifaqına qarşı əmək münasibətləri ilə bağlı iddia qaldırıb.
İş hazırda Ali Məhkəmədə hakim Zaur Əliyevin icraatındadır.
Vasif Bağırov bundan əvvəl ABB-nin özünü məhkəməyə vermişdi.
Məlumat üçün deyək ki, o, 17 il sözügedən bankda müxtəlif vəzifələrdə işləyib.
2017-ci ildə xəstəxanada müalicə alarkən işdən çıxarılıb.
Vasif Bağırov məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciətində hansı səbəbdən işdən çıxarılması barədə ona heç bir izahat verilmədiyini bildirib.
Bu baxımdan, rəhbərliyin qərarını qanunsuz sayan Vasif Bağırov məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsi onun iddiasını tyəmin etməyib. Apellyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Ali Məhkəmədən də bir nəticə hasil olmayıb.
Bu baxımdan, Vasif Bağırov hüquqi mübarizəsini ABB-nin Həmkarkar İttifaqını məhkəməyə verməklə davam etdirməyi qərara alıb.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay