Azərbaycanda yeni radio fəaliyyətə başlayacaq
Azərbaycanın radio məkanına hər birimizə yaxınlığı ilə seçiləcək yeni "Sağlam Radio" gəlir.
Valyuta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Sağlam Radio" 93.0 FM tezliyində iyun ayının 3-dən yayıma başlayır.
Səhiyyə Nazirliyinin dəstəyi ilə yayımlanan radioda həftə içi 5 gün saat 8:00-dan -10:00-dək "Sağlam səhər", saat 18:00-dan - 20:00-dək "Sağlam həyat" verilişləri efirdə olacaq. Bu verilişlərdə Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri sağlamlığın qorunması, sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi əsaslara söykənən tibbi məlumatlar verəcəklər. Ölkə və dünyada səhiyyə ilə bağlı xəbərləri isə hər saatın sonunda yayımlanan "Sağlam Xəbərlər"dən eşidəcəksiniz.
"Sağlam Radio"nun başlıca məqsədi əhalinin sağlamlığının qorunmasını, sağlam qidalanmanı və aktiv həyat tərzini təşviq etməkdir.
Aktiv həyatın ritmini "Sağlam Radio" ilə tutun!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay