Bu rayonda hər 100 işçidən 62-si iş yerini itirib - RƏSMİ
Son bir ildə Naxçıvan Muxtar Respublikasında muzdla (müqavilə əsasında işləyənlər - red.) çalışan işçilərin sayında iki dəfəyə yaxın azalma qeydə alınıb.
Valyuta.az xəbər verir ki, 2023-cü ilin aprelin 1-də muxtar respublikada 108 970 işçi çalışdığı halda, bu ilin aprelin 1-də işçi sayı 59 778 nəfərə düşüb.
Son bir il ərzində işçi sayında 49 192 min nəfər, yəni 45,1 faiz azalma qeydə alınıb.
Azalma muxtar respublikanın bütün şəhər və rayonlarında baş verib. Lakin daha çox fərq muxtar respublikanın paytaxtı olan Naxçıvan şəhərində olub.
Naxçıvan şəhərində bir ildə işçi sayı 56 341 nəfərdən 30 710 nəfərə geriləyib. Bununla da paytaxtda işçi sayı 45,5 faiz azalıb.
İşçilərin sayında ən sürətli azalma isə Sədərək rayonunda müşahidə edilib. Bu rayonda hər 100 işçidən 62-si iş yerini itirib. Bir il əvvəl rayonda 3 179 işçi olduğu halda, bu ilin aprelin 1-də onların sayı 1 202 nəfərə düşüb.
Muxtar respublikada dövlət müəssisə və təşkilatlarında işçilərin sayı demək olar ki, azalmayıb.
Azalma qeyri-dövlət müəssisə və təşkilatlarında baş verib və həmin sektorda işçi sayı təxminən 3 dəfə azalıb.
Əvvəl 72 285 olan işçi sayı, bu il 23 195-ə düşüb. İşçi sayının azalmasından sonra muxtar respublikada orta aylıq əməkhaqqı məbləği artıb. Bir il əvvəl 645 manat olan orta əməkhaqqı bu il 767 manata yüksəlib.
Yəni, muxtar respublika ərazisində maaş səviyyəsi təxminən 19 faiz artıb.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay