“Carlsberg Azerbaijan”a protokol tərtib edilib
Ölkənin ən iri pivə istehsalı şirkəti olan “Carlsberg Azerbaijan” barəsində cərimə protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, “Carlsberg Azerbaijan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması) protokol tərtib olunub.
Həmin maddəyə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
İş Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın icraatındadır.
Qeyd edək ki, nizamnamə kapitalı 25 milyon dollar olan, "Carlsberg Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Alıus Antulıdir.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay