BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7774
  • RUB
    1.8994
  • TRY
    0.047
  • GBP
    2.1344
48832

“Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə ərazisində ümumilikdə 37 su ərazisində xilasetmə məntəqəsi fəaliyyət göstərir”.

Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib.

İnsanların sulardakı təhlükəsizliyinin daha səmərəli təşkili üçün vakant matros-xilasedici vəzifələrinə müsabiqə elan olunduğunu qeyd edən Xidmət rəsmisi müsabiqə üçün lazımi tələblərdən də danışıb: “Kişilər üçün nəzərdə tutulan müsabiqədə 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər”.

O qeyd edib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür: “Belə ki, aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılır. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərlik ərazilərinin müəyyən edilməsidir. Həmçinin monitorinqlər zamanı çimərlik operatorlarına təhlükəsizlik qaydaları barəsində bildirişlər təqdim edilir. Əlavə olaraq, monitorinqlərin nəticəsi ilə bağlı yerli icra hakimiyyətlərində müşavirələr keçirilir və təhlükəli, istifadəyə yararsız çimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair müzakirələr aparılır”.

A.Əlilinin sözlərinə görə, sularda fəaliyyət göstərən dalğıc və xilasedicilərə ixtisas kursları ilə yanaşı ilkin yardım vərdişləri də tədris olunur: “Eyni zamanda, ilkin yardım vərdişləri xüsusi manikenlər üzərindən təcrübi olaraq da izah edilir. Suda boğulmaqdan xilas olunan vətəndaşlara dalğıc və xilasedicilər tərəfindən ilk yardım göstərilərək sahilə çatdırılır və məntəqələrdə bizimlə yanaşı xidmət aparan həkim briqadalarına təhvil verilir”, - deyə şöbə rəisi əlavə edib.

Xidmət rəsmisi çimərlik mövsümündə əhalinin daha diqqətli olması üçün xüsusi məsləhətlər də verib: “FHN-in təqdim etdiyi statistik məlumatlara əsasən hər il çimərliklərdə yüzlərlə insan xilas edilir və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmır. Bu, onu deməyə əsas verir ki, çimərliklərdə və digər su hövzələrində boğulmanın əsas səbəbi çimmək üçün nəzarətsiz su obyektlərinin seçilməsidir. Məntiqlə yanaşsaq, əgər biz çimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa bizim köməyimizə xilasedici gəlməlidir və əgər çimərlikdə xilasedici yoxdursa demək ki, orada həyatımız təhlükədədir. Buna görə də çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz çimərliklərdə istifadədən çəkinməliyik.

Suda boğulmanın digər səbəbləri küləkli, dalğalı hava şəraiti, sualtı daş, qaya parçaları, dəmir-beton kimi yad cisimlərin qalıqlarının insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik, təşviş və müxtəlif xəstəliklərdir”.

Çimərlikdə diqqət edilməsi vacib məqamlara toxunan A.Əlili deyib: “Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə üzmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, küləkli havada dənizə girmək olmaz. Eyni zamanda bilmək lazımdır ki, sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq həyatımız üçün ciddi təhlükə yaradır. Bununla yanaşı, suda kobud hərəkətlər etmək, çimərliyi məişət və digər tullantılarla zibilləmək, ev heyvanları gətirmək, balıq tutmaq, müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır. Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli, nəzarətsiz qalmamalıdır. Yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir. Eyni zamanda, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməli, xəbərdaredici nişanların və lövhələrinin tələbləri nəzərə alınmalıdır. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!”.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü adətən iyunun ortasında açıq elan edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ötən il büdcə gəlirlərinin 59%-ni vergilər təşkil edib - SİYAHI

Bu şirkətin külli miqdarda vergi borcu var

"Honda" "Nissan"ı almaq üçün icraçı direktorun istefasını gözləyir

“CV Mərtəbə” cərimələndi

Azərbaycandan Nobel mükafatına onlar namizəddir - FOTO

“Azər-İlmə”nin yarım milyon manata yaxın vergi borcu var

Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq

17 və 24 nömrəli avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilib

"Mİ Telecom”un 200 minə yaxın borcu var

"Mİ Telecom”un 200 minə yaxın borcu var

ARDNF İtaliyanın dəmir yolu operatoruna investisiya yatırıb

Ötən il kredit qoyuluşları 29 milyardı keçib

Polşada azərbaycanlı sahibkar itkin düşdü

Əhalinin banklardakı əmanətləri 13% artıb

Turistlərin heyran qaldığı Səlimiyyə məscidi

"Goldman Sachs": Qızılın qiyməti 3100 dollara qədər artıla bilər

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Bu sığorta şirkəti ləğv edildi

Birbank-da sərfəli depozit kampaniyası davam edir: Qazancınızı 11%-dək artırın®

“Kontakt Home” fəhlə müştərisini həbs etdirdi

Azərbaycan siqareti ən çox bu ölkələrə satır - SİYAHI

Azərbaycan siqareti ən çox bu ölkələrə satır - SİYAHI

"Legion Financial" 1 milyon manat borca girir

"Azercell" bu şəxslər üçün mobil internetin qiymətini artırdı

MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dan əməliyyat

Bu tarixdən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalar bərpa ediləcək

Vətəndaşın bank kartından oğurluq edildi

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi yaxın 3 ildə tamamlanacaq

"Neftçi"nin direktoru vəzifəsindən ayrıldı

"Neftçi"nin direktoru vəzifəsindən ayrıldı

17 milyonluq tenderlərin 13 milyonu bir şirkətə verildi - Rəhbəri də keçmiş işçiləridir

Azərbaycanda cəmi 1 nəfərin yaşadığı kəndlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin