Azərbaycanın əsas ixracatçı şirkəti məhkəmə qarşısında
“RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” şirkəti barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü (Üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Nizami Rayon Məhkəməsində hakim Nətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
499.1.4-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
“RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” şirkəti 22 sentyabr 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 80 350 dollardır. Şirkətin qanuni təmsilçisi Rzayev Ramiz Bilal oğludur.
Ramiz Rzayev eyni zamanda Rusiyanın “Pera Plastik Qrup” MMC-nin və “Kasxim” şirkətinin Azərbaycandakı filialının qanuni təmsilçisidir.
“RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” Azərbaycanın əsas icracatçı şirkətlərindən biri sayılır.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay