Xəbər
21.05.2024 / 20:45
“Azəristiliktəchizat” icbari sığorta müqaviləsi bağlamayıb?
48541
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) cərimələnə bilər.
Valyuta.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati iş başlanıb.
İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
İyunun 3-nə iş üzrə məhkəmə baxış iclası təyin olunub. İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
469.3-cü maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay