Məşhur sahibkar cərimələnir
"Carçıoğlu Group" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50-100 manat məbləğdə, vəzifəli şəxslər 150-250 manat məbləğdə, hüquqi şəxslər 300-500 manat məbləğdə cərimə edilir.
İş Qazax Rayon Məhkəməsinin hakimi Elçin Mansurovun icraatındadır.
Qeyd edək ki, “CARÇIOGLU GROUP " MMC -nin təsiscisi, qurucusu Carçıyev Elçin Murtuz oğludur.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay