Rusiyada gözlənilməz şaxtalar fonunda taxıl xeyli bahalaşdı
Rusiyanın kənd təsərrüfatı istehsalçıları may ayında gözlənilməz şaxtalardan sonra iflas təhlükəsi ilə üzləşiblər.
Valyuta az xəbər verir ki, onsuz da çətin maliyyə vəziyyətində olan kiçik təsərrüfatlar digərlərinə nisbətən daha çox risk altındadırlar.
Rusiyanın mərkəzi hissəsində kəskin soyuqlar, cənubda quru hava şəraiti ölkənin əsas məhsulu olan buğdaya ciddi ziyan vurub. Sovecon-un proqnozlarına görə, mövsümün sonuna qədər fermerlər təxminən 3,9 milyon ton məhsul və ya pul ekvivalentində 45 milyard rubl ziyana düşə bilər.
Ayın əvvəlindən analitiklər artıq iki dəfə buğda biçini ilə bağlı proqnozlarına yenidən baxıblar. Nəticədə gözləntilər 85,7 milyon tona endirilib. Bu, ilkin hesablamadan 7,85% azdır.
Digər bitkilər, xüsusilə şəkər çuğunduru və qarğıdalı da ziyan görüb.
Keçən həftə Çikaqo Ticarət Birjasında buğda fyüçersləri Rusiya Federasiyasında gözlənilməz şaxtalar fonunda 2023-cü ilin avqustunda ən yüksək səviyyəyə qalxdı.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay