Keçmiş deputatın bankı cərimələnə bilər
“AG Bank” Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, bank İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Mayın 13-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Elməddin Hüseynovun sədrliyi ilə keçiriləcək.
347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“AG Bank” ASC keçmiş deputat Çingiz Əsədullayevin bankı hesab edilir.
2020-ci ildə bankın lisenziyası ləğv edilib. Bank hazırda ləğv prosesindədir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay