Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.
Valyuta.az xəbər verir ki, bu barədə qurumdan bildirilib. Məlumata görə, konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.
Qeyd edək ki, Ziya Hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib, təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi, NATO məktəbi, Avropa Kolleci daxil olmaqla bir sıra tədqiqat mərkəzlərində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma və s. mövzularda proqramlarda iştirak edib. Tarix üzrə fəlsəfə doktorudur.
2004-cü ildən dövlət qurumlarında beynəlxalq əməkdaşlıq və kommunikasiya sahələrində müxtəlif vəzifələrdə işləmiş, özəl sektorda dövlət və özəl sahələrin dialoqu ilə bir sıra müasir texnoloji yeniliklərin sənayedə və aqrar sektorda istehsalata tətbiqi, sənayedə peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində özəl peşə məktəblərinin yaradılması üzrə təcrübəyə sahibdir. 2021-ci ilin aprelindən Mərkəzi Bankda Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışıb.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay