BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
46545

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkar edilib.

Bu barədə Valyuta.az DVX-yə istinadən xəbər verir. Qeyd edilib ki, həmin ünvanda Baş idarə tərəfindən həyata keçirilən operativ nəzarət tədbiri zamanı müxtəlif ticarət nişanlarını və onların qablaşdırmalarını saxtalaşdırmaqla naməlum tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz markası ilə markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata keçirilməsi halları müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Əliyev Ülvi Sarif oğluna məxsus olduğu təsbit edilib.

Nəzarət tədbiri zamanı külli miqdarda hazır və qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün kustar üsullu avadanlıqlar, xammal, qablaşdırma materialları, saxta aksizlər və etiketlər aşkar olunaraq götürülüb. Qanunsuz istehsal obyektində 6.600-dən çox “Domestos” markalı hazır məhsul, 960 ədəd “İpek” və 650 ədəd “Head and Shoulders” markalı şampunlar, 240 ədəd “Luxury Shave Cream”, 970 ədəd “Gold power” ticarət adlı hazır məhsullar, 2.630 ədəd “Fairy” qabyuyan hazır məhsul, 200 “Surescents” havatəmizləyici, habelə 31.700-dən çox “Domestos”, “Perwol”, “Prill”, “ACB”, “Fairy”, “İpek”, “Head and Shoulders” etiketli və ya etiketsiz boş qablar və xammal müəyyən edilib.

Qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsalı prosesi qurulub, əsasən, kiçiktutumlu araq məhsulları istehsal edilərək saxta etiketlər vurulmaqla satış bazarlarına yönəldilib. Tədbir zamanı qanunsuz sahibkarlıq fəaliyyətində istifadə edildiyi müəyyənləşdirilən 29.500 ədəd şüşə butulka, 74 ədəd saxta aksizli hazır məhsul, 1.100 ədəd etiketsiz yarımfabrikat araq məhsulu, 1.900 litr araq xammalı, 3.700 ədəd saxta aksiz markası, külli miqdarda müxtəlif markalara məxsus etiketlər, qapaqlar, həmçinin 600 litr xlor xammalı aşkar edilib.

İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə kimyəvi məişət vasitələrinin istehsalının paralel şəkildə və bəzən bir-birinə qarışmaqla həyata keçirildiyi, sanitar normaların kobud surətdə pozulduğu, bununla da əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıldığı təsbit olunub. Hazırlanmış saxta məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin bölgələrində yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında reallaşdırılması nəzərdə tutulurdu.

Aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra saxta məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı müəyyən edilmiş faktlarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin