Xəbər
09.04.2024 / 15:22
Dövlət qurumu məhkəməyə verildi
45989
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı barəsində məhkəməyə müraciət ünvanlanıb.
Valyuta.az-ın məlumatına görə, iddia Bodurov Səədullah Şəhmir oğlu tərəfindən qaldırılıb.
Səədullah Bodurov məhkəmədə "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - məcburi dövlət sosial sığorta haqqları üzrə" maddəsilə iddia qaldırıb.
Qeyd edək ki, işə Şəki Apellyasiya Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin tərkib üzvü kimi Rövşən Rəfiyev çıxış edəcək.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay