Nazirlik "Dokta" apteklər şəbəkəsində yoxlamalar aparıb, nöqsanlar aşkarlanıb
"Dokta" apteklər şəbəkəsi qanunvericiliyin tələblərini pozub.
Valyuta.az xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən apteklər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Buna səbəb isə şirkət rəhbərliyinin sertifikasiyadan keçməyən şəxslərin aptekdə əczaçılıq fəaliyyətinə icazə verməsidir.
Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Cəmilə Səfiyevanın icraatına verilib.
Həmin maddədə deyilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
© İqtisadiyyat.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay