Poroşenkonun şirkəti cərimələnə bilər
“Azroshen” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Ukraynanın "Roşen" şirkətinin Azərbaycan filialı olan "Azroşen" MMC 2003-cü ildə qeydiyyatdan keçərək öz fəaliyyətinə başlayıb. Şirkət şirniyyat məhsullarının hazırlanması ilə məşğul olur.
"Roşen" şirkətinin sahibi Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkodur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay