Azərbaycanın ən böyük qızıl, mis və gümüş hasilatı ilə məşğul olan şirkəti cərimələndi
Azərbaycanın ən böyük qızıl, mis və gümüş hasilatı ilə məşğul olan şirkətində yanğın təhlükəsizliyi ilə bağlı yoxlama aparılıb və pozuntular aşkarlanıb.
Valyuta.az-ın məlumatına görə, pozuntulara görə Azərbaycan İnterneyşnl Mayninq Kompani (AİMK) Limitet Şirkətinə idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.
Protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Gədəbəy Rayon Məhkəməsinin hakimi Fizuli Mirzəquliyevin icraatındadır.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay