Xəbər
29.03.2024 / 22:46
“Azərsutikinti” əmək hüquqlarını pozmaqda ittiham edilir
45242
“Azərsutikinti” MMC 25 min manat cərimələnə bilər.
Vlayuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. Sadə dildə desək şirkət əmək hüquqlarını pozmaqda ittihma edilir.
192.1-ci maddədə fiziki şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay