Xəbər
28.03.2024 / 18:53
"Azenco"da ixtisarlar - İşçilər məhkəməyə üz tutdu
45164
"Azenco" Açıq Səhmdar Cəmiyyətində işçi heyətində xeyli sayda ixtisarlar aparılıb.
Valyuta.az-ın məlumatına görə, ixtisara düşən işçilər şirkət barəsində məhkəmələrə üz tuturlar.
Əliyev Əlipaşa Musa oğlu və Hacıəliyev Atabəy Balabəy oğlu Xətai Rayon Məhkəməsinə şikayət ediblər.
Onlar məhkəmədə şirkət rəhbərliyindəndən işə bərpa və əmək haqlarını tələb edirlər.
Hər iki şəxsin şikayətinə sözügedən məhkəmədə ayrı-ayrılıqda baxılacaq.
Qeyd edək ki, “Azenco” ASC layihələndirmə, tikinti və satınalma” müqavilələrini həyata keçirən energetika və sənaye sahəsində tikinti şirkətidir.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay