“Pilot Holdinq”in keçmiş rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər – 153 minlik vergi qalmaqalı
İş adamı Amil Təhməzovun ölkədən çıxışına “stop” qoyula bilər.
Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Amil Təhməzovdan xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.
İşə Bakı Şəhər Kommersiya məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, Amil Təhməzov 01.11.2021-ci ilə qədər “Pilot Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi olub.
Hazırda şirkətin qanuni təmsilçisi Orxan Əsədovdur. Şirkət 2016-cı ildən "PİLOT-2016" Məhdud Məsuliyyəti Cəmiyyəti olaraq fəaliyyətə başlayıb.
Mediada şirkət barəsində tənqidi materiallara rast gəlinir.
Araşdırmalarımıza görə, “Pilot Holdinq”-in hazırda 152992.52 AZN vergi borcu var.
Ehtimal olunur ki, bu vergi borcu Amil Təhməzovun şirkətə rəhbərlik etdiyi dövrdə yarandığına görə məhkəməyə verilib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay