“Azərsu” üçün 10 min manatlıq cərimə təhlükəsi
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) cərimələnə bilər.
Valyuta.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi) maddəsi ilə inzibati iş başlanıb.
İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
Aprelin 5-nə iş məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
264.0.1-ci maddəyə görə, fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay