Olimp-Hospital növbəti dəfə məhkəməyə verildi
Olimp-Hospital gömrük qaydalarını pozmaqda ittiham edilir.
Valyuta.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) maddəsi ilə iş başlanıb.
İşə Xəzər Rayon Məhkəməsində baxılacaq.
Hüseyn Hüseynli iş üzə hakim təyin edilib.
491.1-ci maddədə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Bundan əvvəl Olimp-Hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə protokol tərtib olunmuşdu.
Bu işin nəticəsi ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay