BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
44980

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümü başlayıb.

Quzuqarnını şimal rayonlarının meşəliklərindən mart ayının ikinci ongünlüyündən başlayaraq may ayınadək toplamaq olar.

Quzuqarnı ən dadlı və bahalı göbələklərdən sayılır. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Meşədə əsasən qovaq ağaclarının altında tək-tək və qruplar halında bitir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar.

Bu mövsüm isə quzuqarnının qiyməti ötən illərə nisbətən daha da bahalaşıb. Bir kiloqram quzuqarnı alıcılara 35-40 manata təklif olunur.

Şabran rayonun Ağalıq kənd sakini Fərman Məhsimov bildirir ki, quzuqarnının yığılması zövqlü məşğuliyyət olsa da, öz çətinliyi də var: “Adətən mart ayında yağış yağdıqdan sonra günəşli hava müşahidə olunur. Torpaq qızan kimi quzuqarnı böyüməyə başlayır. Bu il isə mart ayı başlayandan bizim bölgədə havalar soyuq keçir. Meşədə bu göbələyi tapmaq olduqca çətinləşib. Buna görə də satışa çox az göbələk çıxara bilirik. Qiymət də ona görə ötən illərə nisbətən bahadır. Satışda iki cür quzuqarnı var. Sarı quzuqarnı 35, qaraları isə 40 manatdır. İki ay ərzində yetişən quzuqarnını mayın əvvəlinədək yığmaq mümkündür. Toplamaq çox çətindir. Kol-kosun içində, adətən qovaq və fındıq ağaclarının dibində yetişir”.

Hər il mart-aprel aylarında Şabran rayonu ərazisində, Gəndob-Yalama yolunun kənarında quzqarnı satanlara rast gəlmək mümkündür. Mövsümün əvvəlində baha qiymətə satılan quzuqarnı aprel ayında nisbətən ucuzlaşır.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq olar.

“Quzuqarnı yazın gəlişini simvolizə edən bir bitkidir. Novruz bayramından sonra bu dadlı göbələyi yeməyin mövsümü başlayır. Digər göbələklərin hamısı istixana şəraitində yetişir və marketlərdə satılır. Quzuqarnı isə meşələrdən əl əməyi ilə, zəhmətlə yığılır. İnanın bu göbələyi toplamaq o qədər çətindir ki, mən özüm yığsam heç 100 manata da satmaram. Onu da qeyd edim ki, quzuqarnı toplamaq həm də çox zövqlü və əyləncəli bir məşğuliyyətdir”,-deyə alıcı İftixar Ələsgərov bildirib.

Quzu əti qədər dadlı quzuqarnını Azərbaycanda istixana şəraitində yetişdirilmir. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur.

Quzuqarnı Türkiyədə “kuzugöbegi”, Rusiyada “smarçok” adı ilə tanınır. Bu göbələyin elmi adı isə “Morchella esculenta”dır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Dekabrda leysan və qar yağacaq, şaxta da olacaq - Ayın HAVA PROQNOZU

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin