BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
44866

C.Robert Oppenheymer tərəfindən imzalanan və atom bombasının yaradılmasını təsvir edən Manhetten layihəsi adlı hesabat hərracda 53 min 594 dollara satılıb.

Valyuta.az xarici mediaya istinadla xəbər verir ki, 200 səhifəlik hesabatda Manhetten layihəsinin texniki və inzibati aspektləri, dünyanın ən dağıdıcı silahının hazırlanması təsvir edilib. Sənədi tanınmış alimlər - dünyanın ilk nüvə reaktorunun yaradıcısı Enriko Fermi, Los Alamos laboratoriyasına rəhbərlik etmiş fizik C. Robert Oppenheymer, Nobel mükafatı laureatı Ernest Lourens, neytronu kəşf edən Ceyms Çedvik və başqaları imzalayıblar.

Satış Kristofer Nolanın “Oppenheymer” filmi yeddi nominasiyanı (“Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyaları da daxil olmaqla) qazanaraq və indiyə qədər çəkilən ən çox gəlir gətirən bayopik olaraq “Oskar” mükafatını qazandıqdan bir neçə gün sonra “RR” hərracında baş tutub. Filmin dünya üzrə kassa gəlirləri təxminən 1 milyard dollar təşkil edib.

“RR” hərracının icraçı vitse-prezidenti Bobbi Livinqston “Fine Books & Collections” nəşrinə deyib: “Bu sənəd təkcə elm tarixinin ən mühüm dövrünü təmsil etmir, həm də texnoloji tərəqqi ilə bağlı etik mülahizələrin qəti sübutu kimi çıxış edir”.

Manhetten layihəsində məsləhətçi olaraq çalışan fizik Henri Smit 1945-ci il iyulun 16-da Nyu-Meksikanın cənubundakı ucqar ərazidə ilk atom bombası sınağının keçirilməsindən bir neçə həftə əvvəl hesabat hazırlayıb. Kod adı “Triniti” olan partlayışı 200 mil məsafədən görmək mümkün olub.

Yaponiyada Xirosima və Naqasakiyə hücumlar avqustun 6 və 9-da baş verib. Hesabat bir neçə gün sonra – avqustun 12-də mediada yayımlanıb.

“Bu, çox güman ki, atom bombasının yaradılması ilə bağlı ilk ictimai hesabatdır”, - deyə lot siyahısındakı təsvir mətnində yazılıb.

Hesabatla yanaşı, anonim alıcı Manhetten layihəsinin emblemini və digər əşyaları da əldə edib.

Bundan başqa, hərrac evi C. Robert Oppenheymerin 1952-ci ildə “Look” jurnalının müxbiri Stiven Uayta çap maşınında yazaraq göndərdiyi məktubunu da satışa çıxarıb. Oppenheymerin atom bombasını «təcavüzkarların silahı” olaraq xarakterizə etdiyi və imzaladığı məktub 17 min 270 dollara satılıb.

Hərracda, həmçinin bir çox digər tarixi sənədlər satışa çıxarılıb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

“İnvestAz” Korporativ İdarəetməsini təkmilləşdirir - İH-də yeni üzvlər

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin