"Equinor" Azərbaycanda aktivlərinin satışı üzrə əqdlərin nə zaman başa çatdırılacağını açıqlayıb
"Equinor" şirkətinin Azərbaycanda aktivlərinin satışı üzrə əqdlərin 2024-cü ilin ortalarında başa çatdırılacağı gözlənilir.
"2023-cü ilin dördüncü rübündə "Equinor" şirkəti Azərbaycanda "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında öz payını satdığına dair saziş imzalayıb. Saziş tənzimləyici orqanlar tərəfindən təsdiqlənməlidir və bunun 2024-cü ilin ortalarında baş verəcəyi gözlənilir", - şirkətdən bildiriblər.
Qeyd olunub ki, satışdan sonra "Equinor" şirkətinin sübut olunmuş ehtiyatları təqribən 45 milyon barel neft ekvivalenti qədər azalacaq.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında SOCAR "Azəri-Çıraq-Günəşli" və "Qarabağ" yataqlarında, eləcə də Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində "Equinor" şirkətinin paylarını satın alıb.
Bundan əvvəl "Equinor" AÇG-də 7,27, BTC-də 8,71 faiz, "Qarabağ" yatağında isə 50 faiz səhmə malik idi.
SOCAR isə AÇG-də səhmlərin 25 faizinə, BTC-də 25 faizinə, "Qarabağ" yatağında isə 50 faizinə malik idi.
Əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
"Equinor" Azərbaycanda öz yerli şirkətlərini ləğv etməyə başlayıb.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay