BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
44829

Bu il Bakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının təşkilatçılığı ilə “Kənd Təsərrüfatının Davamlı İnkişafı Forumu” keçiriləcək.

Bu barədə eksklüziv olaraq Trend-ə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

"Azərbaycan bu palatanın dünyanın 57 ölkəsindən nümayəndəni bir araya gətirən Direktorlar Şurasına daxildir. Hazırda hər il Bakıda keçiriləcək bu beynəlxalq forumun keçirilmə vaxtı dəqiqləşdirilir", - deyə M.Musayev qeyd edib.

O artıq Qazaxıstan və Mərkəzi Asiya ölkələrindən nümayəndələri qarşıdakı tədbirdə iştiraka dəvət etdiyini bildirib.

"Biz istəyirik ki, Qazaxıstan və Mərkəzi Asiya Azərbaycan vasitəsilə öz kənd təsərrüfatı yüklərini İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasına daxil olan Yaxın Şərq ölkələrinə daşısınlar", - deyə M.Musayev bildirib.

Xatırladaq ki, palatanın 35-ci iclası 2023-cü ilin iyul ayında Bakıda keçirilib. Tədbirdə 20 ölkədən, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Küveyt və Misirdən 100-ə yaxın nümayəndə iştirak edib.

"İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatası bir sıra böyük beynəlxalq forumların təşkilatçısıdır, Azəraycanda hər il "Kənd təsərrüfatının dayanıqlı inkişaf forumu"nun keçirilməsi barədə qərar isə ölkənin aqrar sektorunun intensiv inkişafına imkan yaradacaq", - deyə M.Musayev bildirib.

İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasının üzvləri 57 ölkə olmaqla, ümumi sahələri 31,8 milyon kvadrat metri keçir, əhalinin ümumi sayı isə 2 milyarda yaxındır. Bu ölkələrin payına dünyanın quru sahəsinin 6,23 faizi, dünya əhalisinin isə 23,8 faizi düşür.

İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumdaxili məhsulunun illik həcmi təxminən 10 trilyon ABŞ dolları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Dekabrda leysan və qar yağacaq, şaxta da olacaq - Ayın HAVA PROQNOZU

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin