4 milyonluq şirkət 12 min manat cərimələnə bilər – Xəzərin sahilini təmizləyən şirkət ətraf mühiti çirkləndirib?
“Azsu Ekoloji Qurğu” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə ittiham edilir.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
Vüsal Tağıyev iş üzrə hakim təyin edilib.
233.1-ci maddəyə görə, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək məbləğdə cərimə edilir.
“Azsu Ekoloji Qurğu” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3 782 993,94 AZN-dir. Şirkətin qanuni təmsilçisi Məmmədov Eldar Daməd oğludur.
“Azsu Ekoloji Qurğu” MMC Azərbaycanda Xəzərin sahil zonasının təmizlənməsi üzrə idarəedici şirkətdir.
Belə bir şirkətin ətraf mühiti çirkləndirməkdə ittiham edilməsi maraqlıdır.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay