Xəbər
18.03.2024 / 21:53
"P.A. Group" MMC cərimə edilir
44657
"P.A. Group" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə: görə eyni hərəkətlərin yanğına qarşı xüsusi rejim şəraitində törədilməsinə görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.
İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin icraatındadır.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay