İngiltərə Premyer Liqasının ən dəyərli 11 futbolçusu
İngiltərə Premyer Iiqasında bütün oyunçuların ümumi bazar dəyəri 240 milyon avro artıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Transfermarkt”ın son qiymət yeniləməsində bildirilib. Dünyanın ən böyük liqası sayılan İngiltərə Premyer Liqasında dəyərli futbolçular müəyyənləşib.
Ən dəyərli 11 futbolçu isə dörd klubu - “Mançester Siti”, “Arsenal”, “Çelsi” və “Nyukasl”ı təmsil edir.
Qiymətində ən çox artım qeydə alınan futbolçu Fil Foden və Bukayo Saka olub. Foden dəyərini 15, Saka isə 10 milyon avro yüksəldib. Beləliklə onların hər ikisinin hazırkı bazar dəyəri 130 milyon avroya çatıb. Bununla belə liderlik “Mançester Siti”nin norveçli ulduzu Erlinq Halanda məxsusdur. Hücumçu 180 milyon avro dəyərində qiymətləndirilir.
Premyer Liqanın ən yaxşı 11 futbolçusunun ümumi bazar dəyəri isə hazırda 1,09 milyard avrodur.
Qiymətlər aşağıdakı kimidir
Erlinq Haland (“Mançester Siti”) - 180 milyon avro
Bukayo Saka (“Arsenal”) - 130 milyon avro (+10 milyon avro)
Fil Foden (“Mançester Siti”) - 130 milyon avro (+15 milyon avro)
Deklan Rays (“Arsenal”) - 110 milyon avro
Rodri (“Mançester Siti”) - 110 milyon avro
Martin Odeqard (“Arsenal”) - 95 milyon avro (+5 milyon avro)
Xulian Alvarez (“Mançester Siti”) - 90 milyon avro
Bruno Gimaraeş (“Nyukasl”) - 85 milyon avro
Moyzes Kaysedo (“Çelsi”) - 80 milyon avro (-10 milyon avro)
Qabriel Martinelli (“Arsenal”) - 80 milyon avro (-5 milyon)
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay