Xəbər
14.03.2024 / 19:34
“Gigiyena və Sanitariya” üçün 30 min manatlıq cərimə təhlükəsi – Qeyri-leqal tibbi fəaliyyətdə ittiham edilir
44421
“Gigiyena və Sanitariya” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
210.1-ci maddəyə görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, vəzifəli şəxslər 5000 manatdan 10 000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək məbləğdə cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay