Xəbər
14.03.2024 / 21:52
“Bakıkimyaəczasənaye” 7000 manat cərimələnə bilər
44386
Əczaçılıq sahəsində fəaliyyət göstərən əsas şirkətlərdən biri “Bakıkimyaəczasənaye” Açıq Səhmdar Cəmiyyəti (ASC) cərimələnə bilər.
Valyuta.az xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin 221.10-cu (Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulması) maddəsi ilə ittiham edilir.
İşə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
221.10-cu maddəyə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay