Çoxuşaqlı ailələrin sayının endirilməsi dövlət büdcəsinə yük deyil – EKSPERT
“Bu bir o qədər də çox ailəni əhatə etməyəcək”.
Bunu Valyuta.az-a iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda 3-dən artıq uşağı olan ailələrin də çoxuşaqlı ailələr sayılması ilə bağlı təklifə münasibət bildirərkən deyib. Ekspert bu təklifi qəbuledilən hesab edir:
“Çünki bu büdcəyə o qədər də böyük yük yaratmır. Amma istənilən halda bu, ümumi demoqrafik vəziyyətə, ailələrə yardım nöqteyi nəzərindən müsbət addım ola bilər”.
Natiq Cəfərli bəzi ölkələrdə belə təsnifatın olduğunu əlavə edib:
“Qanunvericilik bazasında bu hissəni dəyişdirməklə tətbiq etmək mümkündür”.
Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda 3-dən artıq uşağı olan ailələrin də çoxuşaqlı ailələr sayılması ilə bağlı təklif edib:
"Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın. Çoxuşaqlı ailələr 5-dən 3- endirilsin".
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay