Xəbər
13.03.2024 / 23:03
“Bakı Qida və Yağ Fabriki”nə ittiham
44297
Dövlət Gömrük Komitəsi (DGK) “Bakı Qida və Yağ Fabriki” MMC barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay