“Şinkar Holdinq” cərimələnə bilər
“Şinkar Holding” MMC yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə protocol tərtib edilib.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Tikinti şirkəti olan “Şinkar Holding” MMC 2022-ci ildə ölüm hadisəsi ilə gündəmə gəlib.
Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, “Şinkar Holding” MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında 1976-ci il təvəllüdlü Nazim Babaverdi oğlu Abdulxalıqov təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilinin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay