Dövlət xidməti ilə şirkət arasında qarşıdurma – “ON” MMC məhkəməyə müraciət etdi
Dövlət Əmək Müfəttişliyi Xidməti “ON” MMC-ni cərimələyib.
Valyuta.az xəbər verir ki, cərimə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən yazılıb.
Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
“ON” MMC dövlət xidmətinin qərarından məhkəməyə şikayət edib.
Şirkətin şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
“ON” MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay