Xəbər
09.03.2024 / 10:08
"Qızılbulaq" qızıl yatağında ekoloji monitorinqlər keçirilib
43967
Ağdərə rayonu ərazisində "Qızılbulaq" qızıl-mis-kolçedan yatağında formalaşan təhlükəli tullantıların ətraf mühitə təsirlərinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinqlər keçirilib.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb.
Məlumata əsasən, monitorinqlər zamanı yataqda ümumilikdə 24 nöqtədə kompleks monitorinqlər keçirilib, 40 ədəd su, torpaq və dib çöküntüsü nümunələri götürülüb, o cümlədən, atmosfer havasının keyfiyyəti (azot oksidləri, hidrogen sulfid, hidrogen sianid və.s) və radiasiya şəraitinin müəyyən edilməsi üçün ölçmə işləri aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay