Statistika İdarəsinə müdir təyin etdirəcəyini dedi - 11 min pulunu aldı
Dövlət Statistika Komitəsinin Lerik rayon Statistika İdarəsinin müdiri vəzifəsinə görə açılan cinayət işi ilə bağlı məhkəmə qərar verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Lerik rayon sakini Pərviz Həsənov Bakıda dövlət qurumlarının birində mütəxxəsis vəzifəsində işləyən tanışına Statistika İdarəsinin müdiri vəzifəsinə təyin olunmaq üçün 11.150 manat pul verib.
1973-cü ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuş Nazim Hətəmov (soyad şərti) Pərviz Həsənovu inandırıb ki, 11.150 manat verməklə onu sözügedən dövlət qurumuna idarə rəisi təyin etdirəcək. Nazim Hətəmov Bakıda Pərviz Həsənovla görüşərək pulu ondan alıb və şəxsi ehtiyaclarına xərcləyib.
Pərviz Həsənov vəzifəyə təyinat almadığı və Nazim Hətəmova verdiyi pulları geri qaytara bilmədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırma nəticəsində Nazim Hətəmov saxlanılıb və iş araşdırılana qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin araşdırılması başa çatdırıldıqdan sonra iş Lerik Rayon Məhkəməsinə göndərilib. Nazim Hətəmov aldığı pulu geri qaytardığı üçün məhkəmənin qərarı ilə Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilib və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay