"Azneftmaşservis"ə protokol tərtib edildi
"Azneftmaşservis" Açıq Səhmdar Cəmiyyəti ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan ( İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin266.2-ci maddəsinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər 3500-4500 manatadək məbləğdə, hüquqi şəxslər 10-15 min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay