"Kontakt Home" məhkəməyə verilib
"ABC-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, elektron avadanlıqlar satışını həyata keçirən şirkəti Abdullayeva Minayə İsmayıl qızı məhkəməyə verib.
Minayə Abdullayeva məhkəmədə şirkət barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər” məsələlər üzrə iddia qaldırıb.
İş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyevanın icraatındadır.
Qeyd edək ki, Azərbaycanda məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsinin hüquqi adı “ABC Telecom” MMC-dir. "ABC-Telecom”mağazalar şəbəkəsinin baş direktoru, qanuni təmsilçisi Həsən İsrafilzadədir.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay