Xəbər
04.03.2024 / 22:05
“Sosna” QSC növbəti gömrük qaydalarını pozub? – Şirkət yenə də eyni maddə ilə cərimələnə bilər
43616
“Sosna” Qapalı Səhmdar Cəmiyyəti (QSC) gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Sosna” QSC barəsində ötən il də eyni maddə ilə protokol tərtib olunmuşdu.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay